Bank Of Baku

Azərbaycan millisinin İtaliya ilə oyununun vaxtı dəyişdirilib

Azərbaycan millisinin İtaliya ilə oyununun vaxtı dəyişdirilib
# 30 mart 2007 08:38 (UTC +04:00)
Azərbaycanın futbol üzrə olimpiya yığmasının İtaliya ilə görüşünün vaxtı dəyişdirilib. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib. B.Əsgərovun sözlərinə görə, iyunun 6-da Bakıda keçirilməli olan qarşılaşma gələn il baş tutacaq: “İtalyanlar oyunun vaxtının dəyişdirilməsi ilə bağlı AFFA-ya müraciət edib. Onlar bunu iyunda Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcəyi ilə əlaqələndiriblər”. B.Əsgərov görüşün vaxtının dəyişdirilməsi ilə bağlı İtaliyaya təkliflərini göndərdiklərini də bildirib. AFFA rəsmisi artıq seçim etdiklərini də qeyd edib: “İtalyanlar 2008-ci ilin fevralın 10-da, yaxud martın 25-də qarşılaşmağı təklif ediblər. Biz də bu məsələni müzakirə edərək, martın 25-də oynamağı daha məqsədəuyğun saydıq”. B.Əsgərov bildirib ki, yığmamızın digər rəqibi Yunanıstan da görüşlərin vaxtı ilə bağlı cavab göndərilib. O, yunanların səfər matçı üçün təklif etdiyi tarixilərdən iyunun 2-də oynamağa üstünlük verdiyini bildirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR