Bank Of Baku

Viktor Pasulko: “Azərbaycanda futbola maliyyə buraxıb dərhal nəticə tələb edirlər”

Viktor Pasulko: “Azərbaycanda futbola maliyyə buraxıb dərhal nəticə tələb edirlər”
# 30 mart 2007 09:57 (UTC +04:00)
Viktor Pasulko “Xəzər-Lənkəran” klubunun baş məşqçisi postundan təhqiredici ifadələr işlətdiyi və kobudluq nümayiş etdirdiyi üçün qovulması ilə bağlı deyilənləri təkzib edib. “APA-Sport” agentliyinin məlumatına görə, ukraynalı məşqçi “Xəzər-Lənkəran” klubundan sülhlə ayrıldığını bildirib: “17 ildir Almaniyada yaşayıram və təhqiredici ifadələr danışmıram. Hətta eşitmişdim ki, həm də, içki içdiyimə görə, işdən çıxarılmışam. Halbuki, içki içmirəm və bu səbəbdən belə sözlər mənə gülməli gəlir. Moldova qəzetləri elə əvvəldən “Xəzər-Lənkəran” ilə bağlı tarixçəm haqda düzgün olmayan informasiyalar yazmağa başladı. Əksinə, “Xəzər-Lənkəran”da işlədiyim dövrdə təhqirlərə qarşı çıxararaq, nalayiq ifadələr işlədən futbolçulara cərimə tətbiq etmişdim. Mən futbolçuda, hətta səviyyəsi zəifi olana da ilk növbədə insanlığı üstün tutaraq, şəxsiyyət görməyə adət etmişəm. Dünyada söyüş söydüyünə görə, məşqçinin işindən çıxarılmasını xatırlaya bilərsiniz? Sadəcə, pul xərcləyən şəxslər dünyada hər şeyi idarə etməyi istəyirlər. Mən futbolçulara ilk gündən demişdim ki, idman məsələlərinə cavabdehəm, digərlərinin mənə dəxli yoxdur. İlk vaxtlar işim uğurla gedirdi. İlk dövrədə “Xəzər-Lənkəran” 8 xal topladığı halda, ikinci dövrədə rəhbərliyim altında 27 xal topladı. Turnir cədvəlinin sonlarında qərarlaşan “Xəzər-Lənkəran”ı çalışdırmağa başladıqdan sonra yalnız “Neftçi” bizdən daha yaxşı çıxış edirdi. Mövsümün sonunda isə xoşagəlməzliklər başlandı. Futbolla bağlı təsəvvürlərimiz fərqli alındığı üçü işbirliyimizin davamı alınmadı. Rəhbərlik mənə lazım olmayanları götürmək, şərait yaxşı olmayan yerdə təlim-məşq toplanışı keçirmək istədi. Mən də bununla razılaşmadım və yollarımı ayırdıq”. “Xəzər-Lənkəran” klubunda işlədiyi dövrdə müəyyən təcrübə topladığını vurğulayan V.Pasulko Azərbaycan futbolu haqda da fikirlərini bölüşüb: “İnsanların futbola pul qoyması xoşdur. Azərbaycanda futbola pul buraxan belə insanlar az deyil. Braziliyalı, argentinalı futbolçular alırlar. Əlbəttə ki, yüksək səviyyəli olmayanları. Azərbaycanda futbolun səviyyəsi Moldovadakı kimi yüksək deyil. Əcnəbiləri milliləşdirərək heyətlərinə cəlb ediblər. Nə qədər ki, uşaq futbolunda irəliləyiş olmayacaq, bu siyasət yığmaya kömək etməyəcək. Futbola maliyyə buraxıb dərhal nəticə tələb edirlər. Çünki iş adamları hər şeyə dərhal nail olmaq istəyirlər. Axı belə olmur”. V.Pasulko Karlos Alberto Torresin milli komandamızdakı fəaliyyətinə də toxunub və braziliyalı məşqçinin rəhbərliyi altında Polşa yığmasına 0:8 uduzduğumuz halda, bunu 0:9 kimi qeyd edib: “Torresə işləmək üçün futbolçu yoxdursa, onu dəvət etməyin nə mənası var? Azərbaycanda biznesi olmayan veteranlar isə kasıblıq içində yaşayır. Həmin veteranları federasiyaya buraxmırlar və onların öz müharibəsi gedir. Maşallah Əhmədov işsizdi. Unikal insan olan Əhməd Ələsgərovun 80-ə yaxın yaşı var. Ələsgərovla bağlı əvvəllər belə deyirdilər ki, o, atom bombasını tapa bilər”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR