Bank Of Baku

Azərbaycanın olimpiya yığmasının hücumçusu Elmar Xeyirov “Şaxtyor” klubuna baxışa yollanıb

Azərbaycanın olimpiya yığmasının hücumçusu Elmar Xeyirov “Şaxtyor” klubuna baxışa yollanıb
# 30 mart 2007 12:02 (UTC +04:00)
Azərbaycanın olimpiya yığma komandasının 20 yaşlı hücumçusu Elmar Xeyirov “Şaxtyor” klubuna baxışa yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlimiz Belarusun yüksək liqasında çıxış edən Soliqorskun “Şaxtyor” klubunda sınaqdan keçmək təklifini alıb. Xeyli vaxtdır bu ölkədə qərarlaşan futbolçumuzun “Neman” klubuna keçməsi gündəmdə olsa da, bu, baş tutmayıb.
Qeyd edək ki, Neman” klubunun təklif etdiyi 4 illik müqaviləni qəbul etməyən E.Xeyirov olimpiya yığmamızın heyətində Belarus millisinə qarşı martın 27-də Pinsk şəhərində keçirilən yoldaşlıq görüşünün iştirakçısı olub. Həmin qarşılaşmanın 40-cı dəqiqəsində meydana daxil olan E.Xeyirov oyunu ilə belarusluların diqqətini cəlb edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR