Bank Of Baku

Ümit Davala Fariz Yusifova minnətdarlıq edib

Ümit Davala Fariz Yusifova minnətdarlıq edib
# 30 mart 2007 13:45 (UTC +04:00)
“Türkiyəyə səfərim zamanı tanınmış futbolçu Ümid Davala ilə görüşdüm. O, mənə yaxınlaşıb idarəçiliyimə görə minnətdarlığını bildirdi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Türkiyə və İsveçrə olimpiya yığmaları arasında görüşü idarə edən azərbaycanlı FİFA hakimi Fariz Yusifov bildirib. F.Yusifov oyundan sonra Ü.Davala ilə görüşünün təsadüf olmadığını vurğulayıb: “Futbolçu karyerasını bitirmiş Davala Türkiyənin 21 yaşlılardan ibarət yığmasında köməkçi məşqçi işləyir. Türkiyə millisi İsveçrəni 2:1 hesabı ilə məğlub etdiyi oyunda hər üç qol birinci hissədə vuruldu. Bu, yoldaşlıq görüşü olsa da, hər iki komanda nəticə qazanmaq istədiyindən çox gərgin mübarizə oldu. Bununla belə, Antalyada “Antalyaspor” klubunun stadionunda keçirilən bu qarşılaşmada aqressivlik müşahidə olunmadı. Təsadüfi deyil ki, oyunda vərəqə göstərmədim. Oyunun ehtiyat hakimi isə türkiyəli FİFA hakimi Kurdussi Müftüoğlu idi”.
Qeyd edək ki, Türkiyə və İsveçrə milliləri arasında 2005-ci ildə İstanbuldakı qalmaqaldan sonra ilk dəfədir qarşılaşıb. F.Yusifov bu dəfə heç bir insidentin olmadığını və oyundan əvvəl keçirilən görüşdə bununla bağlı müzakirələr aparıldığını vurğulayıb.
Artıq bir ildən çoxdur FİFA hakimi olsa da, hələlik rəsmi oyun idarə etməyən F.Yusifov UEFA Hakimlər Komitəsini idarəçiliyi ilə bağlı məlumatlandırdığını söyləyib: “AFFA-nın Hakimlər Komitəsinin rəhbərliyinə beynəlxalq yoldaşlıq görüşünü idarə etməyimə şərait yaratdığına görə minnətdaram. Beynəlxalq oyunlarda əsas psixoloji hazırlıqdır. Bu cəhətdən problemim olmadığından, idarəçilikdə çətinlik çəkmədim. İdarəçiliyimi bəyənən türkiyəlilər hakimlik karyeram, yaşım ilə maraqlandılar. Oyun beynəlxalq yoldaşlıq görüşü xarakteri daşıdığından protokolu UEFA-ya göndərdim və bu qurumun mənə rəsmi oyunlara təyinatını gözləyirəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR