Bank Of Baku

UEFA prezidenti Mişel Platini Ramiz Mirzəyevə məktub göndərib

UEFA prezidenti Mişel Platini Ramiz Mirzəyevə məktub göndərib
# 30 mart 2007 14:16 (UTC +04:00)
UEFA prezidenti Mişel Platini quruma üzv olan 53 Milli Assosiasiya prezidentinə məktub göndərib. “APA-Sport” agentliyinin məlumatına görə, AFFA prezidenti Ramiz Mirzəyevə də göndərilən məktubda M.Platini Assosiasiyaları futbolda zorakılıq və rasizmə qarşı barışmazlıq göstərməyə çağırıb. UEFA başçısı xəbərdarlıq edib ki, futbolu zəhərləyən zorakılıq halları onun uğurlu inkişafına ciddi təhlükə yaradır. Məktubda bəzi oyunçuların və komanda rəsmilərinin davranışlarının futbolu rüsvay etdiyini, müntəzəm hal alan zorakılıq, söyüş və təhqirlərin azarkeşlərə mənfi örnək olduğu qeyd edilib. M.Platini Assosiasiyaları futbolun bütün səviyyələrində bu məsələyə öz mövqeyini nümayiş etdirmək üçün ciddi nizam-intizam ölçüləri götürməyə çağırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR