İsgəndər Cavadov: “Milli komandamızın Finlandiya üzərindəki qələbəsi sabun köpüyündən başqa bir şey deyil”
- Yığmamızın Finlandiya üzərindəki qələbəsini necə qarşıladınız?
- Milli komandanı Finlandiya üzərindəki qələbə münasibətilə təbrik edirəm. Bu cür qələbələr bizə lazımdır. Amma bir qələbə ilə çox “atılıb-düşməyin” yeri yoxdur. Belə hallara əvvəlki tsikllərdə də nadir hallarda rast gəlinib. Sonrası nə olub? Məgər bir oyunla Azərbaycan futbolunda çevriliş ediblər? Daim böyük hesabla uduzurlar. Bir qələbə ilə hansı irəliləyişdən danışırlar? İndiki vəziyyətdə bu gedişlə futbolun inkişafı mümkün deyil. Komandamızın real gücünü cari seçmə tsiklin sonunda biləcəyik.
- Belə hesab edirsiniz ki, millimizin qələbəsinin davamı gəlməyəcək?
- Əlbəttə gəlməyəcək! Bir qələbə qazanıb, gözümüzü bağlayırıq. Deyirik ki, gələcəkdə də belə qələbələr olacaq. Xeyr! Heç nə olmayacaq! Mən açıq deyirəm: millimizin Finlandiya üzərindəki qələbəsi sabun köpüyündən başqa bir şey deyil. 0:5 hesablı məğlubiyyətdən dörd gün sonra qazanılan bir qələbə ilə yaxın müddətdə çevriliş etmək mümkün deyil. Avropanın elə güclü komandaları var ki, zəiflərlə oyunda qələbə qazanmaqda çətinlik çəkirlər. Finlandiya yığması bizi böyük hesabla yenən Polşanı səfərdə məğlub etmişdi. İndi finlər gəlib Bakıda bizə uduzublar. Nə olsun?
- İyunda yığmamız Bakıda böyük hesablarla məğlub olduğu Polşa ilə qarşılaşacaq. Bu görüşdə millimizin şansını necə görürsünüz?
- İnanmıram ki, polşalıları da Bakıda məğlub edək. Çünki onlar Finlandiyanın məğlubiyyətindən nəticə çıxararaq, qarşıdakı oyuna ciddi yanaşacaqlar.
- AFFA-nın baş katibi Fuad Əsədov veteranların fikirlərinin bu gün heç kimə lazım olmadığını və onların vaxtının getdiyini bildirib...
- Bizim vaxtımız getməyib. Əksinə, onların vaxtı keçib. Əsədovun yaşı yetmişə çatıb, onun özü “o dünyalıqdır”. Yəni qəbirlikdir. Artıq veteran futbolçuların 90 faizini “o tərəflərə” yola salıblar. Ona görə də Əsədov bizim vaxtımızın keçdiyini deyir. Amma hələ cavanıq və sözümüzü deyəcəyik. Narahat olmasınlar.
- AFFA rəhbərliyinə qarşı radikal çıxışlarınızın milli komandada forma geyinən yaxın qohumlarınız İlqar Qurbanovla Vaqif Cavadovun karyeralarına mənfi təsir edəcəyindən çəkinmirsiniz?
- Əgər federasiya rəhbərliyi belə addım atsa, savadsız və ağılsız hərəkət etmiş olacaq. Vaqif də, İlqar da gənc futbolçudurlar. Oynaya bilirlərsə, oynamalıdırlar. Amma AFFA rəhbərliyi onları futboldan kənarlaşdırmaq yolunu tutsa, məsuliyyət elə federasiyanın üzərinə düşəcək. Sözlərimə görə, özüm cavabdehəm. Mən də azərbaycanlıyam, başqa millətdən deyiləm. Mənim qədər futbol anlayışlarının olması üçün AFFA rəsmiləri yenidən dünyaya gəlməlidirlər. İsgəndər Cavadov nə deyibsə, elə də olacaq!
- Həm Fuad Musayev, həm də Ramiz Mirzəyevin fəaliyyətini bəyənmirsiniz. Bəs sizcə, onlardan hansının fəaliyyətində müsbət cəhətlər var?
- Hər ikisinin fəaliyyəti qeyri-qənaətbəxşdir. Amma nisbətən Musayev nə isə etmişdi. Yaxşı nəticələr verə bilərdi, lakin bəzi ağılsız hərəkətləri üzündən postunu itirdi. Amma indi baxın. Hansı milli komandadan danışmaq olar ki, orada 7-8 əcnəbi futbolçu çıxış edir?
- Finlandiya ilə oyundan sonra ölkə prezidenti İlham Əliyevə müraciət etmək istədiyinizi bildirmişdiniz. Bu məsələ yenə gündəmdədir?
- Prezident İlham Əliyev bütün idman növlərini diqqətdə saxlayır. Yəqin ki, o, futbolumuzun da hansı vəziyyətdə olduğundan xəbərdardır. Futbol azarkeşi olduğunu özü də dəfələrlə etiraf edib. Buna görə də biz veteran futbolçular kimi, futbolumuzun hazırkı durumuna biganə qala bilmərik. Yəqin ki, tezliklə yığışıb, ölkə prezidentinə müraciət edəcəyik.
- Bəlkə, yığmamızın Finlandiya üzərində qazandığı qələbədən sonra planlarınızı dəyişmisiniz?
- Şəxsən mənim planlarımda heç bir dəyişiklik olmayıb. Yenə öz sözümü deyirəm. Amma veteranlardan elələri var ki, məğlubiyyət olan kimi danışmağa başlayırlar, qələbə təqdirində isə susmağı üstün tuturlar. Əslində, futbol ictimaiyyətinin 90 faizi AFFA rəhbərliyinin fəaliyyətindən narazıdır. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər
Ağdərədə mina partlayışı baş verib, xəsarət alan var
Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Batumidə işgüzar səfərdə olub
Rusiyada 5G rəsmi olaraq istifadəyə verilib
Rusiya qoşunları Ukraynadakı data mərkəzlərə zərbə endirib
Eşqi Bağırov: Sertifikasiyada 105 minə yaxın müəllim iştirak edib, 31 min müəllimin maaşı artırılacaq
Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq
“PAŞA Sığorta” Gürcüstana səyahət sığortasının qiymətini açıqlayıb
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
Parlamentdə Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş müzakirəyə çıxarılacaq
Agentlik sədri: Ali təhsilə hazırlıq təmin edilən məktəblərin sayı 90-a çatdırılıb
Gələn aydan bağça müəllimlərinin sertifikasiyasına başlanılacaq
Dövlət bağçalarında yer sayı artırılıb
Rusiya HHM sistemləri Ukraynanın 800-ə yaxın dronunu vurub
Milli Məclis Azərbaycanla Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni ratifikasiya edəcək
ABB “Davr-Bank”la sövdələşməni tamamlayıb
"S&P" ABB-nin nəzarətinə keçməsi ilə “Davr-Bank”ın kredit reytinqini artırıb
Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub - FOTO
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Bu günün valyuta məzənnələri
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO
Rusiya ordusu gecə Kiyevə hücum edib, 8 nəfər yaralanıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 77 min dollardan aşağı düşüb
Əmtəə bazarlarında qızılın qiyməti 4400 dollardan aşağı düşüb
Qlobal fond bazarlarında eniş davam edib
Nyu-York birjasında təbii qaz cüzi ucuzlaşıb
Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
“Brent” markalı neftin qiyməti 108 dolları ötüb
“Anthropic”in süni intellekt modeli nəzarətdən çıxıb internetə sızaraq üçüncü tərəfin sistemini sındırıb
Vens amerikalıları bir qrup "dəli demokrat"a səs verməməyə çağırıb
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib