Bank Of Baku

Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri Nüvər Xasıyev UEFA-nın konfransında iştirak edəcək

Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri Nüvər Xasıyev UEFA-nın konfransında iştirak edəcək
# 30 mart 2007 14:57 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri Nüvər Xasıyev kütləvi futbolun inkişafına dair UEFA-nın VII konfransında iştirak edəcək. Bu haqda “APA-Sport” agentliyinə Nüvər Xasıyevin özü məlumat verib. Aprelin 2-dən 5-dək Finlandiyanın paytaxtı Helsinki şəhərində keçiriləcək tədbirə UEFA-ya üzv bütün Milli Assosiasiyaların nümayəndələri qatılacaqlar. N.Xasıyev konfransda Azərbaycanda futbolun kütləviliyi ilə bağlı nitq söyləyəcək. Konfrans çərçivəsində qonaqlar Helsinkidəki futbol məktəblərinə və stadionlara baş çəkəcəklər. Həmyerlimizin səfər xərclərinin hamısını UEFA ödəyəcək. N.Xasıyev bildirib ki, toplantıda ölkəmizdən yalnız bir nümayəndənin iştirak etməsi maddi məsələlərlə əlaqədardır: “Təkcə Finlandiyaya gedib-qayıtmaq üçün 933 ABŞ dolları lazımdır. Orada bir nəfərin günlük xərcləri 350 dollardır. Konfransda iştirakçıların sayına məhdudiyyət qoyulmayıb. Ancaq UEFA yalnız bir nəfərin xərclərini öz üzərinə götürüb. Birdən artıq nümayəndənin tədbirə qatılması Milli Assosiasiyanın öz maddi vəsaiti sayəsində mümkündür”. N.Xasıyev Helsinkiyə aprelin 1-də gecə saatlarında yola düşəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR