Bank Of Baku

“Gənclərbirliyi” klubunun prezidenti İlqar Nuriyev: “Artıq komandadan ayrılıb öz işimlə məşğul olacağam”

“Gənclərbirliyi” klubunun prezidenti İlqar Nuriyev: “Artıq komandadan ayrılıb öz işimlə məşğul olacağam”
# 30 mart 2007 16:01 (UTC +04:00)
“Klub üzvlərinin hamısı ilə maddi cəhətdən hesablaşmışam və heç kimə borcum qalmayıb. Artıq komandadan ayrılıb öz işimlə məşğul olmaq fikrindəyəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Sumqayıtın “Gənclərbirliyi” klubunun prezidenti İlqar Nuriyev bildirib. İ.Nuriyev fikrini qətiləşdirdiyi bildirib: “Artıq neçə ildir klubu təkbaşına saxlayıram. Hər il 8-9 futbolçu yetişdiririk və onlar maddi məsələlərə görə klubumuzu tərk edir. Azərbaycanda olan zavodların 90 faizi Sumqayıtda yerləşir. Ancaq heç bir təşkilat klubumuza maddi cəhətdən dayaq durmur. Belə olan halda, mən də kənara çəkilməyi düşünürəm. Axı nə vaxtadək klubun bütün ağırlığı tək mənim üzərimə düşəcək? Qərarımı qətiləşdirmişəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR