Bank Of Baku

“Qaraba𔝠UEFA-nın AFFA-ya kəsdiyi 8000 İsveçrə frankını ödəməyə razılıq verib

“Qaraba𔝠UEFA-nın AFFA-ya kəsdiyi 8000 İsveçrə frankını ödəməyə razılıq verib
# 30 mart 2007 16:37 (UTC +04:00)
“AFFA-nın baş katibi Fuad Əsədovla görüşüb 18 ay müddətinə cəzalandırılan Sergey Sokolova görə, UEFA-ya ödənilməli cərimə ilə bağlı fikir mübadiləsi apardıq. AFFA Nizam-İntizam Komitəsinin (NİK) qəbul etdiyi qərarla da tanış oldum və Sokolova görə UEFA-nın AFFA-ya kəsdiyi cəriməni ödəmək qərarına gəldik”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Qaraba𔝠klubunun baş direktoru Əmrah Çəlikəl bildirib. Ə.Çəlikəl NİK-in Sokolovla bağlı çıxardığı qərara görə, “Qaraba𔝠klubunun günahkar sayılması fikirləri ilə razılaşmayıb: “Sokolov istifadəsi qadağan olmuş dərman preparatını komandanın düşərgəsində qəbul edibsə belə, buna görə, klub günahkar deyil. Sokolovun bunu heç kimə demədən qəbul etməsi aşkarlanıb. Biz futbolçunun bilərəkdən, və yaxud bilməyərəkdən qadağan olunmuş preparatı qəbul etməsini pisləyirik. “Qaraba𔝠klubunun heç vaxt dopinqlə bağlı problemi olmayıb. Cəriməni ödəməyə razılıq verməklə, həm AFFA-nın işini çətinləşdirmək istəmədik, həm də digər klublara nümunə olub gələcəkdə belə məsələlərdə diqqətli olmağı tövsiyə edirik”. Qeyd edək ki, S.Sokolova görə, UEFA-ya ödənilməli olan cərimə 8000 İsveçrə frankıdır. Ə.Çəlikəl futbolçunun klubla mövsümün sonunadək müqaviləsinin olmasının da bu məsələdə həlledici rol oynadığını vurğulayıb: “Sokolov klubumuzda qalsaydı, hər ay maaşını alacaqdı. Əgər Sergey Azərbaycandan çıxıb gedibsə, ona çatacaq həmin aylıq məvaciblərdən cəriməni ödəyəcəyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR