Bank Of Baku

Vaqif Sadıqov: “Komandamızın Xəzər-Lənkəran”la oyuna getmək fikri yoxdur”

Vaqif Sadıqov: “Komandamızın Xəzər-Lənkəran”la oyuna getmək fikri yoxdur”
# 31 mart 2007 11:52 (UTC +04:00)
“Komandamızın “Xəzər-Lənkəran”la oyuna getmək fikri yoxdur. Klub prezidenti İlqar Nuriyev artıq bu barədə futbolçulara məlumat verib”. Bu sözləri Sumqayıtın “Gənclərbirliyi” klubunun vitse-prezidenti Vaqif Sadıqov “APA-Sport” agentliyinə açıqlamasında deyib. V.Sadıqovun sözlərinə görə, aprelin 3-də milli çempionatın XX turu çərçivəsində “Xəzər-Lənkəran”la qarşılaşmaq üçün “Gənclərbirliyi” Lənkərana səfərə çıxmağa maddi vəsait tapmır: “Maddi cəhətdən vəziyyətimiz çox acınacaqlıdır. Klubdakı son durumla bağlı gələn həftənin birinci günü rəhbərliyin iclası keçiriləcək. Yığıncaqda Lənkərana gedib-getməyəcəyimiz barədə yekun qərar veriləcək”. V.Sadıqov vurğulayıb ki, iclasda “Gənclərbirliyi”nin çempionatdakı perspektivinə də toxunulacaq: “Həmin toplantıda komandanın yarışda iştirakını davam etdirib-etdirməyəcəyi də müzakirə ediləcək. Çempionatda çıxışımızı yarımçıq dayandıracağımız istisna deyil”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR