Bank Of Baku

“Karvan” klubların reytinq siyahısında 21 pillə geriləyib

“Karvan” klubların reytinq siyahısında 21 pillə geriləyib
# 02 aprel 2007 09:40 (UTC +04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) mart ayı üçün reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, ölkəmizin 350 klubun yer aldığı bu reytinq sıralamasında yeganə təmsilçisi olan “Karvan” 21 pillə geriləyib. Hesabında 79,5 xal olan “Karvan” hazırda 207-ci pillədə qərarlaşıb. İngiltərənin “Everton” klubundan bir pillə geri qalan “Karvan” bu ölkənin digər təmsilçiləri “Bolton” və “Mançester Siti”, Rusiyanın “Lokomotiv” və “Zenit”, Ermənistanın “Pünik” klublarını qabaqlayıb. Reytinq sıralamasına isə yenə də “Sevilya” (İspaniya) başçılıq edib. “İnter” (İtaliya) ikinci, “Barselona” (İspaniya) üçüncü, “Kolo-Kolo” (Çili) dördüncü, “Milan” (İtaliya) beşinci pillədə qərarlaşıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR