Bank Of Baku

AFFA prezidenti Ramiz Mirzəyev İsveçrəyə yollanacaq

AFFA prezidenti Ramiz Mirzəyev İsveçrəyə yollanacaq
# 02 aprel 2007 14:21 (UTC +04:00)
AFFA prezidenti Ramiz Mirzəyev səfərə hazırlaşır. “APA-Sport” agentliyinin məlumatına görə, federasiya başçısı aprelin ikinci on günlüyündə ölkə xaricində işgüzar səfərlərdə olacaq. İlk olaraq İsveçrəyə yollanacaq AFFA prezidenti UEFA-nın aprelin 11-də və 12-də keçirəcəyi tədbirlərdə iştirak edəcək. Səfərin ilk günündə UEFA-nın Niondakı mənzil-qərargahında Azərbaycanla Ermənistan milli komandalarının 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oyunlarının keçiriləcəyi məkan müzakirə edilərək, ilkin qərar qəbul ediləcək. Bununla bağlı son qərar isə UEFA-nın aprelin 18-də Uelsin paytaxtı Kardiffdə keçiriləcək iclasında qəbul ediləcək. Ertəsi gün UEFA prezidenti Mişel Platininin milli assosiasiyaların prezidentləri və baş katibləri ilə görüşü nəzərdə tutulub. AFFA prezidenti Kardiffdə aprelin 16-da keçiriləcək toplantıya da qatılacaq. UEFA-nın Milli Komandalar Departamentinin üzvü olan R.Mirzəyev bu qurumun növbəti iclasında iştirak edəcək. R.Mirzəyevi səfərdə AFFA-nın baş katibi Fuad Əsədov müşayiət edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR