Bank Of Baku

Ceyhun Sultanov Polşa ilə Bakıdakı oyunda da forma geyinməyəcək

Ceyhun Sultanov Polşa ilə Bakıdakı oyunda da forma geyinməyəcək
# 03 aprel 2007 08:55 (UTC +04:00)
Azərbaycan yığmasının yarımmüdafiəçisi Ceyhun Sultanov 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Polşa yığması ilə iyunun 2-də Bakıda keçiriləcək görüşdə də iştirak etməyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 28 yaşlı futbolçu Finlandiya ilə martın 28-də keçirilən Bakıdakı oyunda aldığı sarı vərəqə ucbatından cəzalı duruma düşüb. Turnirin reqlamentinə görə, qrup oyunlarında iki sarı vərəqəsi olan futbolçu növbəti matçı buraxmalıdır. C.Sultanov isə ilk vərəqəsini ötən ilin oktyabrın 7-də Portuqaliya ilə səfərdə keçirilən oyunda alıb.
Qeyd edək ki, qardaşının vaxtsız vəfatı ilə əlaqədar C.Sultanov Polşa ilə səfər görüşündə milli komandamıza kömək edə bilməyib. Yığmamızın baş məşqçisi Şahin Diniyev isə C.Sultanovu “İnter” klubunun yarımmüdafiəçisi Yuri Muzika ilə əvəzləyə bilər. Belçika ilə səfər oyununun fasiləsində aldığı qırmızı vərəqəyə görə, iki oyunluq cəzalanan Y.Muzikanın yığmamızın heyətində oynamasında artıq problem yoxdur. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR