Bank Of Baku

Üç futbolçu Azərbaycan yığmasında oynamaqdan imtina edib

Üç futbolçu Azərbaycan yığmasında oynamaqdan imtina edib
# 03 aprel 2007 09:22 (UTC +04:00)
“Ruslan” qadın futbol klubunun 3 üzvü Azərbaycan milli komandasında oynamaqdan imtina edib. Bu haqda “APA-Sport” agentliyinə yığmanın rəisi Telman Abdullayev məlumat verib. T.Abdullayevin sözlərinə görə, milli komandanın bu gün keçirilən məşqinə Kifayət Osmanova, Anjena Temirova və Aqbona Lilian Amaraçi qatılmayıblar: “Bu futbolçular yığmanın məşqinə dəvət olunmuşdular. Ancaq təyin olunan vaxtda gəlib çıxmadılar”. Sabah saat 10:30-da milli komandanın “Şəfa” stadionunda U-19-la qarşılaşması nəzərdə tutulub. Oyun qabağı son məşqdə əsas yığmanın düşərgəsinə 12 futbolçu gəlib. Rəhbərlik milli komandanın sabahkı yoxlama matçına güclü heyətlə çıxmasına çalışır. Əgər məşqçilər güclü heyət toplaya bilməsələr, U-19 ikitərəfli oyunla kifayətlənəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR