Bank Of Baku

Vüsal Əliyevin Moldova Malta görüşündəki idarəçiliyi 7,8 balla qiymətləndirilib

Vüsal Əliyevin Moldova  Malta görüşündəki idarəçiliyi 7,8 balla qiymətləndirilib
# 03 aprel 2007 09:48 (UTC +04:00)
Azərbaycanlı FİFA hakimi Vüsal Əliyevin 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Moldova - Malta görüşündəki idarəçiliyinə görə aldığı qiymət bəlli olub. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Vüsal Əliyevin sözlərinə görə, matçın polşalı hakim-inspektoru ona 7,8 bal verib. Həmyerlimiz aldığı qiymətin qənaətbəxş olduğunu vurğulayıb: “Polşalı hakim-inspektor yazdığı raportda qarşılaşmanın ağır olduğunu xüsusi vurğulamaqla, belə çətin matçda idarəçiliyin öhdəsindən gəldiyimi qeyd edib. O, ilk hissədə Maltanın qapısına təyin etdiyim penaltini, oyunun sonunda hər iki komandadan bir futbolçuya göstərdiyim qırmızı vərəqələrin düzgün olduğunu bildirib”. V.Əliyev köməkçilərinə göstərilən qiymətlərin də bəlli olduğunu söyləyib. Onun sözlərinə görə, yan xətt hakimi Azad Q.Hüseynovla dördüncü hakim Babək Quliyev 8,4 bal alıb. V.Əliyev digər yan xətt hakimi Aydın Ələkbərovun 7,6 bal alaraq, onun hakimlər briqadasında yer alanlar arasında ən aşağı qiymət almasını belə izah edib: “15-ci dəqiqədə Aydın Ələkbərovun bayrağını dərhal qaldıraraq, qayda pozuntusunu qeydə almamağı polşalı hakim-inspektorun diqqətindən yayınmayıb. Həmin epizodda olan cərimə zərbəsini mən təyin etdim. İstənilən halda, Aydın Ələkbərovun aldığı aşağı qiymət sayılmamalıdır”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR