Bank Of Baku

Türkiyəli hakim İsmət Arzuman Bakıya gələcək

Türkiyəli hakim İsmət Arzuman Bakıya gələcək
# 03 aprel 2007 12:59 (UTC +04:00)
Aprelin 25-dən 29-dək həvəskar milli komandalar arasında Bakıda keçiriləcək UEFA beşinci Regional kubok turnirinin seçmə mərhələ oyunlarını idarə edəcək hakimlərin adları müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, AFFA Hakimlər Komitəsi bu oyunlara milli dərəcəli hakimlər - Ceyhun Haşımovla Roman Vasilyevi təyin edib. C.Haşımov oyunlarda baş hakim, R.Vasilyev isə yan xətt hakimi kimi idarəçilik edəcək. Bakıda keçirilən görüşlərdə Rusiya və Türkiyədən olan hakimlər də iştirak edəcək. Rusiyanı Vladislav Bezrodovla Yevgeni Turbin, Türkiyəni isə İsmət Arzumanla Sərkan Ok təmsil edəcək. Bakıya gələcək daha bir hakimlərin briqadasının hansı ölkədən olacağı hələlik müəyyənləşməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR