Bank Of Baku

Azərbaycanın millət vəkilləri Rumıniyaya İsgəndər Cavadovun məşqçiliyi altında yollanacaqlar

Azərbaycanın millət vəkilləri Rumıniyaya İsgəndər Cavadovun məşqçiliyi altında yollanacaqlar
# 03 aprel 2007 13:00 (UTC +04:00)
Azərbaycanın veteran futbolçuları Oqtay Abdullayev və İsgəndər Cavadov deputatlardan ibarət yığma komandamızla birgə aprelin 23-də Rumıniyanın paytaxtı Buxarestə yollanacaqlar. Bu haqda “APA-Sport” agentliyinə millət vəkili Zahid Oruc məlumat verib. Onun sözlərinə görə, Azərbaycan və Rumıniyanın parlamentlərarası dostluq əlaqələrinin gücləndirilməsinə xidmət edən görüşə komandamızı O. Abdullayevlə İ. Cavadov hazırlayır: “Hər iki mütəxəssis bizə oyun qaydalarının minimum tələblərini yerinə yetirilməsində və hazırlıq prosesində müəyyən məsləhətlər, tövsiyələr verirlər. Onların tövsiyələrinin bizə böyük köməyi dəyir”.
Qeyd edək ki, millət vəkilləri qarşıdakı oyuna hazırlıq prosesi çərçivəsində aprelin 1-də Tofiq Bəhramov adına Respublika stadionunda veteranlarla yoldaşlıq görüşü keçiriblər. Keçmiş FİFA referisi Xaqani Məmmədovun idarə etdiyi görüş 6:6 hesablı heç-heçə ilə bitib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR