Bank Of Baku

“Liverpul” Hollandiyada “PSV Eyndhoven” üzərində böyük hesablı qələbə qazanıb

“Liverpul” Hollandiyada “PSV Eyndhoven” üzərində böyük hesablı qələbə qazanıb
# 04 aprel 2007 08:00 (UTC +04:00)
Qitənin ən nüfuzlu futbol turnirlərindən sayılan UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin startı verilib. “APA-Sport” agentliyinin məlumatına görə, ilk oyun günündə keçirilən hər iki qarşılaşmada meydan sahibləri qələbə üzünə həsrət qalıb. Yarışım ötən mövsümdə “Bavariya” klubunu öz meydanında 4:1 hesabı ilə məğlub etmiş “Milan” bu dəfə heç-heçə ilə kifayətlənib. “Liverpul” isə turnirin cari mövsümündə qrup mərhələsində Hollandiyada “PSV Eyndhoven” klubu ilə qolsuz bərabərliklə ayrıldığı halda, bu dəfə səfərini böyük hesablı qələbə ilə qeyd edib.
“Milan” (İtaliya) “Bavariya” (Almaniya) - 2:2
Pirlo, 40; Kaka, 84 penaltiylə Van Buyten, 78; 90+3.
“PSV Eyndhoven” (Hollandiya) “Liverpul” (İngiltərə) 0:3
Cerard, 27; Riise, 50; Krauç, 63.
1/4 final mərhələsinin digər iki qarşılaşması bu gün keçiriləcək:
“Roma” (İtaliya) “Mançester Yunayted” (İngiltərə)
“Çelsi” (İngiltərə) “Valensiya” (İspaniya)
Yarımfinala yüksələn komandalar bir həftə sonra keçiriləcək cavab oyunlarından sonra müəyyənləşəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR