Bank Of Baku

Rasim Kara: “Rövşən Əhmədov qapımıza olmayan penaltini təyin edib, bizi qələbədən məhrum etdi”

Rasim Kara: “Rövşən Əhmədov qapımıza olmayan penaltini təyin edib, bizi qələbədən məhrum etdi”
# 04 aprel 2007 08:42 (UTC +04:00)
“Komandam “Bakı” ilə görüşdə qələbəyə layiq idi. Ancaq hakim buna imkan vermədi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qaraba𔝠klubunun baş məşqçisi Rasim Kara bildirib. Türkiyəli mütəxəssisin sözlərinə görə, oyunun baş hakimi Rövşən Əhmədov nəticəyə təsir edən səhvlər buraxıb: “Futbolçularımdan narazı qalmadım. Komandam yaxşı oyun nümayiş etdirdi. Çoxlu qol imkanları yaratdıq. Hakim oyunda iki kobud səhvə yol verdi. Hələ birinci hissədə qapıçı ilə təkbətək çıxan Vaqif Cavadovun qarşısını kobudluqla alan rəqib futbolçuya sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə göstərilməli idi. Ancaq baş hakim yalnız sarı vərəqə verməklə kifayətləndi. Halbuki, rəqibi meydandan qovsaydı, say üstünlüyümüz olacaqdı və bu, oyunun sonrakı nəticəsinə böyük təsir göstərəcəkdi. Bu azmış kimi, baş hakim rəqibin xeyrinə daha bir qərar verdi. Belə ki, Əhmədov görüşün sonuna yaxın qapımıza olmayan penaltini təyin edərək, son nəticədə bizi qələbədən məhrum etdi”. R.Kara matçdan sonra oyunun protokolunda etirazla bağlı göstərilən yerdə hakimliklə bağlı narazılıqlarını yazdıqlarını bildirib. Ancaq türkiyəli mütəxəssis bunu vəziyyətdən çıxış yolu saymayıb: “Yazmaqla iş bitmir. Onsuz da yazan çoxdur. Əsas məsələ odur ki, yazılanlara baxılıb müvafiq qərar və buraxılan səhvlərdən nəticə çıxarılsın”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR