Bank Of Baku

Şahin Diniyev “Pro” kateqoriyası almaqdan imtina edib

Şahin Diniyev “Pro” kateqoriyası almaqdan imtina edib
# 04 aprel 2007 10:58 (UTC +04:00)
Azərbaycanın futbol milli komandasının çalışdırıcısı Şahin Diniyev “Pro” kateqoriyası ilə əlaqədar mayda Ukraynada təşkil olunacaq kurslarda iştirak etməklə bağlı qərarını dəyişib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Şahin Diniyev “Pro” kateqoriyasının hansı şərtlər daxilində almaqla bağlı məlumatlandıqdan sonra fikrini dəyişdiyini bildirib: “Pro” kateqoriyası birdəfəlik verilmir. Yəni dörd ildən sonra hər şeyi sıfırdan başlayıb yenidən təhsil almaq lazımdır. Bundan əlavə, mayda başlayan kurslar 8 ayadək davam edəcək. Özü də dərslər tək bir şəhərdə olmayacaq. Bildiyimə görə, dərslər ayrı-ayrı vaxtlarda Ukraynanın paytaxtı Kiyevlə yanaşı, Donetsk, Dneprpetrovsk və Odessada keçiriləcək. Mənim isə millidəki işimlə əlaqədar bu kurslarda iştirak etməyə imkanım yoxdur. Bütün bunları nəzərə alıb, “Pro” kateqoriyasını almaqla bağlı fikrimi dəyişdim”. Ş.Diniyev ötən ilin sonunda Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan kurslarda iştirak etməklə, “A” kateqoriyasına sahib çıxıb. Məşqçilikdə ən yüksək kateqoriya sayılan “Pro” kateqoriyasını isə hələlik heç bir məşqçimiz almayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR