Bank Of Baku

Antalyada 81 gündə 900 komanda təlim-məşq toplanışı keçib

Antalyada 81 gündə 900 komanda təlim-məşq toplanışı keçib
# 04 aprel 2007 12:45 (UTC +04:00)
2007-ci il yanvarın 9-dan martın 31-dək Türkiyənin Antalya şəhərində 900 komanda təlim-məşq toplanışı keçib. “APA-Sport” agentliyinin məlumatına görə, bu müddət ərzində yerli və xarici komandaların heyətində, ümumilikdə, 29816 nəfər kurort şəhərinə səfər edib. Türkiyə Maliyyə Nazirliyinin hesabatında göstərilib ki, təlim-məşq toplanışları zamanı futbolçular, məşqçilər və rəsmi şəxsləri Antalyada yerləşən 144 otel, motel və qonaq evində qalıblar. Nəticədə müvafiq qurumlar 34 888 344 türk lirəsi gəlir götürüblər. Antalyada apreldə daha 101 komandanın hazırlıq keçəcəyi bildirilib.
Qeyd edək ki, dövrələrarası fasilədə Azərbaycanın 5 klubu qonşu ölkədə təlim-məşq toplanışında olub. “Neftçi”, “Qarabağ”, “Karvan”, “MKT-Araz” və “İnter” milli çempionatın ikinci dövrəsinə məhz Antalyada hazırlaşıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR