Bank Of Baku

Azad Rəhimov: “Digər klublar da “Gəncə” komandasının aqibəti ilə üzləşə bilərlər”

Azad Rəhimov: “Digər klublar da “Gəncə” komandasının aqibəti ilə üzləşə bilərlər”
# 04 aprel 2007 14:13 (UTC +04:00)
“Biz klub futboluna müdaxilə edə bilmərik”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov “Şəmkir” Futbol Klubunun dağılmasına münasibət bildirərkən deyib. A.Rəhimovun sözlərinə görə, klubların problemlərini iş adamları həll etməlidirlər: “İş adamları, sponsorlar, futbolla ciddi maraqlananlar, onu sevənlər klublara köməklərini əsirgəməməlidirlər. Klubların problemlərini də onlar həll etməlidirlər”. Nazir bir müddət öncə “Gəncə” klubunun da milli çempionatda çıxışını dayandırdığını xatırladıb: “Faktiki olaraq, “Gəncə” komandasını da itirmişik. Digər klublar da bu aqibətlə üzləşə bilərlər. Sadəcə, imkanlı şəxslər, təşkilatlar bu işə cəlb olunmalıdırlar”. A.Rəhimov bildirib ki, rəhbərlik etdiyi nazirliyin klublara kömək etməsinə imkanı yoxdur: “Gənclər və İdman Nazirliyinin klubların saxlanmasına imkanı yoxdur. Bizim qarşımızda belə vəzifə qoyulmayıb”.
Qeyd edək ki, ikiqat ölkə çempionu “Şəmkir” klubu 2005-ci ildə dağılıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR