Bank Of Baku

UEFA kubokunun finalı üçün AFFA-ya 15 bilet ayrılıb

UEFA kubokunun finalı üçün AFFA-ya 15 bilet ayrılıb
# 04 aprel 2007 14:50 (UTC +04:00)
Mayın 16-da Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək UEFA kubokunun final görüşü üçün AFFA-ya 15 bilet ayrılıb. AFFA-nın Marketinq və Reklamlar Departamentinin əməkdaşı İlqar Əliyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, hər biletin qiyməti 200 İsveçrə frankına bərabərdir. İ.Əliyev bildirib ki, final matçına baxmaq istəyənlər barədə UEFA-ya anket göndəriləcək: “Finalı canlı izləmək istəyənlər öncə AFFA-ya müraciət etməlidirlər. Onlar haqqında aprelin 13-dək UEFA-ya anket göndərməliyik. Qitə futbol qurumu həmin şəxslərin sənədlərini yoxlayacaq. Əvvəllər stadionlarda iğtişaşlar yaradan, xuliqanlığa yol verənlər finala buraxılmayacaqlar”. İ.Əliyev UEFA-nın anketə aprelin 23-dək cavab verəcəyini söyləyib.
Qeyd edək ki, AFFA UEFA kubokunun final oyunu üçün maksimum 20 bilet əldə etmək imkanına malik olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR