Bank Of Baku

Milli Məclisin futbol komandası yoldaşlıq görüşündə məğlub olub

Milli Məclisin futbol komandası yoldaşlıq görüşündə məğlub olub
# 04 aprel 2007 17:07 (UTC +04:00)
APA-nın əməkdaşı oyundan eksklüziv reportaj hazırlayıb. MM-in futbol komandasında deputatlardan Səyavuş Novruzov (hücumçu), Fuad Muradov (hücumçu), Zahid Oruc (hücumçu), Qüdrət Həsənquliyev (yarımmüdafiəçi), Fazil Qəzənfəroğlu (yarımmüdafiəçi), Azay Quliyev (yarımmüdafiəçi), Adil Əliyev (müdafiəçi), Eyvaz Qurbanov (müdafiəçi), Rüfət Quliyev (müdafiəçi), Rauf Əliyev (qapıçı) çıxış edib. Oyunda hakimlik veteran futbolçu, deputatların məşqçisi İsgəndər Cavadova həvalə olunub. Deputatlar Zahid Orucun vurduğu qolla hesabı açsalar da, birinci hissədə qapılarından 5 top buraxıblar. Vəziyyətin gərginliyini görən qapıçı-deputat R. Əliyev müdafiəçilərin öz yerində oynamamasından gileylənib. Fasilə zamanı deputatların komandası bir yerə toplaşaraq, vəziyyəti müzakirə edib. İkinci hissənin əvvəlində Fuad Muradov rəqib komandanın qapısına iki dəfə yol tapıb. Bu arada rəqib komandanın hücumçusuna qarşı qaydanı pozan Eyvaz Qurbanov deputat toxunulmazlığının olduğunu əsas gətirərək, cərimə zərbəsinin təyin olunmamasını istəyib. Deputatların qapısına daha bir qol isə Adil Əliyevin cərimə meydançasında topla əllə oynadığına görə təyin olunan 11 metrlik cərimə zərbəsindən vurulub. Hücumda oyunu alınmayan Z. Oruc müdafiəyə çəkilməli olub. Oyunun başa çatmasına az qaldığından Fuad Muradov vaxtın uzadılmasını xahiş edib. Bundan sonra deputatlardan Qüdrət Həsənquliyev və Siyavuş Novruzov hərəyə bir dəfə fərqləniblər. İkinci hissədə daha baxımlı və üstün oyun sərgiləmələrinə baxmayaraq, deputatlar 5:10 hesablı məğlubiyyətlə barışmalı olublar. Oyundan sonra deputatların futbol komandasının məşqçisi İsgəndər Cavadov APA-ya açıqlamasında millət vəkillərinin oyununu yüksək qiymətləndirib: “Deputatlar cəmi 1 aydır ki, məşq edirlər. Onların böyük istəkləri var. Mən çalışıram ki, onları fiziki cəhətdən tam hazırlıq vəziyyətinə gətirim. Deputatların əksəriyyətinin oyununu yüksək qiymətləndirirəm”. İ. Cavadov Rumıniya parlamentinin üzvləri ilə qarşılaşmaya qədər məşqlərin davam etdiriləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR