Bank Of Baku

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub
# 05 aprel 2007 08:31 (UTC +04:00)
Avropanın ən mötəbər futbol turnirlərindən sayılan UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, “Roma” (İtaliya) bu mərhələdə qələbə qazanan yeganə meydan sahibi olub. İngiltərə klublarının hər ikisi isə qələbə üzünə həsrət qalıb. “Mançester Yunayted” təcrübəli futbolçusu Pol Skoulzun qırmızı vərəqə alaraq, meydandan qovulmasına görə, oyunun 56 dəqiqəsini azlıqda keçirməli olub. “Valensiya” (İspaniya) qrup mərhələsini keçdikdən sonra keçirdiyi üçüncü oyununu da heç-heçə ilə başa vurub.
“Roma” (İtaliya) “Mançester Yunayted” (İngiltərə) - 2:1
Taddey, 44; Vuçiniç, 66 - Runi, 60.
“Çelsi” (İngiltərə) “Valensiya” (İspaniya) - 1:1
Droqba, 53 - Silva, 30.
Yarımfinala yüksələn komandalar aprelin 10-da və 11-də keçiriləcək cavab oyunlarından sonra müəyyənləşəcək. İlk oyun günündə “Mançester Yunayted” “Roma”, “Valensiya” “Çelsi”, ertəsi gün “Bavariya” “Milan”, “Liverpul” “PSV Eyndhoven” görüşləri keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR