Bank Of Baku

“Bakı” klubunun rəhbərliyi seneqallı qapıçı Xalidu Sissokonu 2000 manat cərimələyib

“Bakı” klubunun rəhbərliyi seneqallı qapıçı Xalidu Sissokonu 2000 manat cərimələyib
# 05 aprel 2007 09:14 (UTC +04:00)
“Bakı” klubunun rəhbərliyi qapıçısı Xalidu Sissokonu cəzalandırıb. Bu haqda “APA-Sport” agentliyinə klubu baş meneceri Zeynal Məmmədov məlumat verib. Baş menecerin sözlərinə görə, 29 yaşlı seneqallı komandanı ziyana saldığı üçün cəza ilə üzləşib. Qapıçı “Xəzər-Lənkəran” ilə Bakıda keçirilən oyununda rəqibi vurduğuna görə, qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün AFFA-nın Nizam-İntizam Komitəsi (NİK) tərəfindən iki oyunluq cəzalandırıb. Z.Məmmədov bu səbəbdən NİK-in “Bakı” klubuna kəsdiyi 2000 manatlıq cəriməni seneqallı qapıçının ödədiyini bildirib.
Qeyd edək ki, “Bakı” klubu hesabat turunda X.Sissoko ilə yanaşı, cəza üzündən Romal Hüseynovun da xidmətindən yararlana bilməyib. Z.Məmmədov cari mövsümdə 8-ci sarı vərəqəni alaraq, cəzalı duruma düşən R.Hüseynova isə cəza vermədiklərini vurğulayıb: “Romalı cəzalandırmağa adamın əli gəlmir. Çünki o, mübariz futbolçudur və meydanda əzmkar oyunu ilə komandanın uğuru üçün sonadək çalışır. Bu zaman istər-istəməz qayda pozuntuları və nəticədə vərəqə alması halları baş verir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR