Bank Of Baku

Gürcüstan yığması Azərbaycanla yoldaşlıq görüşü keçirməkdən imtina edib

Gürcüstan yığması Azərbaycanla yoldaşlıq görüşü keçirməkdən imtina edib
# 05 aprel 2007 10:32 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının aprelin sonunda Gürcüstan yığması ilə planlaşdırdığı yoldaşlıq görüşləri baş tutmayacaq. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib. B.Əsgərovun sözlərinə görə, yoxlama oyunları gürcülərin imtinası ucbatından keçirilməyəcək: “Gürcülər təklifimizə göndərdikləri cavabda futbolçu sarıdan korluq çəkdiklərini vurğulayıblar. Belə ki, klublar həmin vaxtda yığmaya oyunçu buraxmayırlar”.
Qeyd edək ki, 19 yaşlılarımız gürcüstanlı həmyaşıdları ilə aprelin 23-də və 25-də iki yoxlama matçı keçirmək fikrində idi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR