Bank Of Baku

Aslan Kərimov: “Polşaya məğlubiyyətdən sonra futboldan getmək haqda düşündüm”

Aslan Kərimov: “Polşaya məğlubiyyətdən sonra futboldan getmək haqda düşündüm”
# 05 aprel 2007 11:35 (UTC +04:00)
“Polşaya 0:5 hesablı məğlubiyyətdən sonra futboldan getmək haqda düşündüm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının və Ağdamın “Qaraba𔝠klubunun kapitanı Aslan Kərimov bildirib. 34 yaşlı futbolçu bu fikrinin yığmadan imtina etmək kimi qələmə verilməsini qəbul etməyib: “Belə ağır məğlubiyyətdən sonra stress içərisində olursan. Adamın ağlına hər şey gəlir. Bir anlıq fikirləşirsən ki, axı nəyə görə futbol oynayırsan? Belə oynamaqdansa, çıxışını başa vurmaq daha yaxşı olar. Daxilində dolaşan bu fikirlərin təsiri nəticəsində qərar qəbul edirsən. Ancaq bu qəti yox, ani qərardır. AFFA və yığmanın rəhbərliyi, baş məşqçi belə çətin anda mənə dəstək oldular. AFFA prezidenti Ramiz Mirzəyev Polşadan qayıtdıqdan sonra milli üzvləri ilə görüşündə dəstəyini nümayiş etdirdi”. A.Kərimov bildirib ki, hələlik milli komanda çıxışını başa vurmaq fikrində deyil: “Mən yığmaya can yandıran futbolçu kimi, milli komandadan imtina etmərəm. Ancaq gələcəkdə elə ola bilər ki, yığmada çıxış etmək iqtidarında olmaram və bu səbəbdən də heyətə çağırılmaram”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR