Bank Of Baku

İngiltərənin İMG teleşirkəti Azərbaycan Ermənistan oyunlarını lentə almaq istəyir

İngiltərənin İMG teleşirkəti Azərbaycan  Ermənistan oyunlarını lentə almaq istəyir
# 05 aprel 2007 15:35 (UTC +04:00)
İngiltərənin İMG teleşirkətinin rəhbərliyi Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrda Azərbaycan və Ermənistanın futbol yığmaları arasındakı oyunlarını lentə almaq istəyir. UEFA-nın Azərbaycan üzrə media nümayəndəsi Erkin İbrahimovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, bu görüşlər zamanı İMG teleşirkətinin əməkdaşlarının da çəkiliş aparacağı gözlənilir. İngilislər bu fikirdə olduqlarını Bakıya səfərləri zamanı bildiriblər. FİFA-nın xətti ilə müxtəlif ölkələrdə futbolla bağlı proqram hazırlayan teleşirkətin əməkdaşları səfər ərzində Azərbaycan Finlandiya, “Qaraba𔝠“Bakı” qarşılaşmalarında, həmçinin, “Neftçi” və “Qaraba𔝠klublarının məşqində çəkiliş aparıblar. Lentə alınan kadrlar əsasında İMG iki proqram hazırlayacaq. Bunlardan biri Azərbaycan futboluna, digər isə “Neftçi”nin müdafiəçisi Rəşad Sadıqova həsr ediləcək. E.İbrahimov bildirib ki, proqramların ilkin variantları təxminən 3 həftədən sonra hazır olacaq. Hər iki proqram mayda efirə çıxacaq.
Qeyd edək ki, baş ofisi Londonda yerləşən İMG teleşirkətinin iki nümayəndəsi Cek Uezli və Stiv Lidjervud az öncə Bakıda olublar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR