Bank Of Baku

Azərbaycanın futbol məşqçiləri üçün ödənişli kurslar keçiriləcək

Azərbaycanın futbol məşqçiləri üçün ödənişli kurslar keçiriləcək
# 06 aprel 2007 09:02 (UTC +04:00)
Azərbaycanda məşqçilər üçün A kateqoriyası ilə bağlı mayda təşkil olunacaq ilk kurslar ödənişli olacaq. Bu haqda “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın elmi-metodik qrupunun üzvü Namiq Quliyev məlumat verib. N.Quliyev məşqçilərin ödəməli olduğu məbləğin artıq müəyyənləşdiyini bildirib: “A kateqoriyası almaq üçün kurslarda iştirak edən məşqçilər 2000 manat ödəməlidir. Üstəlik, kurslarda iştirakçıların sayı məhdud olacaq. Belə ki, A kateqoriyası alanların sayı 15 nəfər olması nəzərdə tutulub. Artıq klublara bununla bağlı müraciət göndərmişik. Alınan cavablardan sonra iştirakçıların konkret adları bəlli olacaq”. N.Quliyev A kateqoriyası ilə bağlı təşkil olunacaq kurslarda B kateqoriyası alan məşqçilərin iştirak etmək hüququna malik olduğunu və bundan sonra B kateqoriyasının da ödənişli olacağını qeyd edib: “İndiyədək B kateqoriyası ilə bağlı təşkil etdiyimiz kurslar pulsuz idi. Ancaq bundan sonra belə olmayacaq. Belə ki, B kateqoriyasını almaq üçün kurslarda iştirak etmək istəyən məşqçilər 1000 manat ödəməlidir”.
Qeyd edək ki, indiyədək 49 məşqçi B kateqoriyası alıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR