Bank Of Baku

Ağasəlim Mircavadov: “Karvan” klubunun qurulmasında və inkişafında mənim də əməyim olub”

Ağasəlim Mircavadov: “Karvan” klubunun qurulmasında və inkişafında mənim də əməyim olub”
# 06 aprel 2007 09:20 (UTC +04:00)
“Karvan” mənə yaxşı tanışdır. Bu klubun qurulmasında və inkişafında mənim də əməyim olub”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Lənkəranın “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov bildirib. A.Mircavadov 2004/05 mövsümünün ilk yarısında məsləhətçi işlədiyi “Karvan” klubu ilə hazırkı çempionatın birinci dövrəsində oyunu da yaxşı xatırladığını vurğulayıb: “Karvan” güclü komanda olduğundan, qarşıdakı oyun çətin olacaq. Yevlaxda keçirilən görüşdə aldığımız məğlubiyyətdən nəticə çıxarıb, həmin səhvləri təkrarlamamalıyıq. “Karvan” ilə ilk dövrədəki görüşdə məğlubiyyətimizin əsas səbəbi komandanın ikinci hissədə “dayanması” oldu. Oyunçularımız futbolun bir yox, ikinci hissədən ibarət olmasını unutdular. Lənkərandakı görüşdə sonadək mübarizə aparıb bu məğlubiyyətin əvəzini çıxmalıyıq”. Qeyd edək ki, “Xəzər-Lənkəran” cari mövsümdə ilk məğlubiyyətini məhz “Karvan” klubundan alıb. A.Mircavadov bu amilin də qarşıdakı görüşün prinsipiallığını artırdığını vurğulayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR