Bank Of Baku

Şahin Diniyev: “Ehtiyat yığmanın yaradılmasına ehtiyac görmürəm”

Şahin Diniyev: “Ehtiyat yığmanın yaradılmasına ehtiyac görmürəm”
# 06 aprel 2007 09:41 (UTC +04:00)
“Hələ ki, ehtiyat yığmanın yaradılmasına ehtiyac görmürəm. Çünki seçim imkanımız çox məhduddur”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın futbol milli komandasının baş məşqçisi Şahin Diniyev deyib. İkinci yığmanın aprelin əvvəllərində təşkil ediləcəyi bildirilsə də, baş məşqçi bu təklifin tərəfdarı olmadığını söyləyib: “Birdən-birə iki komanda saxlamaq həddən artıq çətindir. Ümumiyyətlə, ehtiyat yığma yaradılmasının tərəfdarı deyiləm. Onsuz da hazırda oyunçu seçimində çətinliklə üzləşirik. Həm də nəzərə almaq lazımdır ki, bizdən sonra ön planda olimpiya yığması durur. Yaşı U-21-də oynamağa imkan verməyən və əsas milli komandadan kənarda qalan futbolçular isə demək olar, yoxdur”. Çalışdırıcının sözlərinə görə, yığmada elmi-metodiki qrup gələn ay fəaliyyətə başlayacaq. Qrupun fəaliyyət istiqamətini AFFA-nın elmi-metodiki mərkəzinin rəhbəri Rafiq Bağırov müəyyənləşdirəcək. Ş.Diniyev vurğulayıb ki, Məşqçilər Şurasının növbəti iclası mayın ilk ongünlüyündə keçiriləcək. Toplantıya son iclasın iştirakçıları dəvət olunacaqlar.
Qeyd edək ki, Məşqçilər Şurasının bu il fevralın 28-də keçirilən iclasında ehtiyat yığmanın və elmi-metodiki qrupun yaradılması təklif olunub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR