Bank Of Baku

Mehmet Şeyho və Türkiyə yığmasının sabiq futbolçuları “Qafqaz” Universitetinin tələbələri ilə görüşüblər

Mehmet Şeyho və Türkiyə yığmasının sabiq futbolçuları “Qafqaz” Universitetinin tələbələri ilə görüşüblər
# 06 aprel 2007 10:38 (UTC +04:00)
Bakıda səfərdə olan “Samanyolu” telekanalının idman müdiri Mehmet Şeyho, “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” klublarının və Türkiyə yığmasının sabiq futbolçuları, hazırda məşqçi kimi çalışan Uğur Tütüneker, Turhan Sofuoğlu və Rəcəb Çətin bu gün “Qafqaz” Universitetində tələbələrlə görüşüblər. “APA-Sport” agentliyinin məlumatına görə, tədbirdə öncə Universitetin idman şöbəsinin müdiri Musa Turmuş üç sabiq futbolçu barədə tələbələri məlumatlandırıb. Uğur Tütünekerin “Qalatasaray” klubunun heyətində 1987/88 mövsümündə “Ksamaks” (İsveçrə) ilə keçirdikləri Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyunundan fraqmentlər göstərilib. Səfərdə oynadığı qarşılaşmada 0:3 hesabı ilə uduzan Türkiyə klubunun 5:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə vəsiqə qazandığı təkrar oyundan göstərilən fraqmentlər tələbələr tərəfindən maraqla qarşılanıb. Qonaqlar “Qafqaz” Universitetinin fakültələri arasında Novruz bayramı münasibətilə keçirilmiş futbol çempionatında ilk üç yeri tutan komandalara medallar, M.Şeyho isə çempionatın ən məhsuldar hücumçusuna kubok təqdim edib. Bundan sonra türkiyəli qonaqlar tələbələrin suallarını cavablandırıblar. Tədbirin sonunda Universitet rəhbərliyi tərəfindən türkiyəli qonaqlara xatirə hədiyyəsi verilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR