Bank Of Baku

Yunis Hüseynov: “Lənkərana yalnız qələbə qazanmaq üçün yollanırıq”

Yunis Hüseynov: “Lənkərana yalnız qələbə qazanmaq üçün yollanırıq”
# 06 aprel 2007 11:15 (UTC +04:00)
“Lənkərana yalnız qələbə qazanmaq üçün yollanırıq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov bildirib. Y.Hüseynov “Xəzər-Lənkəran” ilə çempionatın ilk dövrəsindəki oyunda qazanılan qələbənin təsadüfi olmadığını sübuta yetirməyə çalışacaqlarını vurğulayıb: “Bu oyun çox çətin olacaq. Güclü rəqiblə qarşılaşacağıq. Bu komandanın son turda “Gənclərbirliyi” ilə görüşünün videoyazısını izləmişəm. Fikrimcə, ikinci dövrədəki “Xəzər-Lənkəran” oyun baxımından əvvəlki komandadan fərqlənmir. “Xəzər-Lənkəran” ilə görüşə ciddi hazırlaşmışıq və uğurlu çıxış edəcəyimizə inanırıq. Əzmkar oyun nümayiş etdirsək, ilk dövrədə olduğu kimi, nəticə qazanacağıq”.
Qeyd edək ki, “Karvan” hesabat turunda XV Azərbaycan çempionatında istirahət edib. Bundan əvvəl isə milli komandamızın Avropa çempionatındakı oyunları ilə bağlı ölkə birinciliyində fasilə yarandığı üçün “Karvan” artıq üç həftədir oyun keçirmir. Y.Hüseynov burada ciddi problem görməyib: “Əlbəttə, bu müddətdə oyun keçirməyimiz daha yaxşı olardı. Ancaq hazırda oyun praktikası sarıdan ciddi korluq çəkdiyimizi düşünmürəm. Komandamızda futbolçuların sayı çoxdur və bu müddətdə yoxlama matçı yox, ikitərəfli oyun keçirməyi daha məqsədəuyğun saydıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR