“Fənərbaxça” klubunun sabiq futbolçusu Turhan Sofuoğlu: “Bakıya müqavilə bağlamağa gəlmişik”
“Qalatasaray” klubunun sabiq futbolçusu Uğur Tütünəkər də bu fikirlə razılaşıb: “Məncə, çox yüksək səviyyədə olan, yerlilərdən fərqlənən əcnəbi futbolçunun yığmada oynaması qəbulolunandır. Belə olan halda, yerli futbolçular əcnəbidən nə isə öyrənə bilərlər. Məsələn, rumıniyalı George Hacıdan Türkiyədə bir çox yerli futbolçu öyrəndi. Amma əcnəbi futbolçu yerli ilə eyni səviyyədədirsə, onun milliyə götürülməsi qəbuledilməzdir. Türkiyə millisində də braziliyalı Marko Aurelio oynayır. Onun bizim yığmaya çağırılması barədə də fikirlər müxtəlifdir. Mən Aureliodan daha yüksək səviyyəli əcnəbinin millimizdə oynamasını istəyirəm”.
“Beşiktaş” klubunun sabiq futbolçusu Rəcəb Çətin isə milliyyətçi mövqedən çıxış edib: “Mən Türkiyə yığmasında sırf türk oyunçuların çıxış etməsini arzulayıram. Əgər əcnəbi gəlib, Türkiyənin bayrağını dalğalandıracaqsa, bizim Türkiyədə yaşamağa haqqımız yoxdur. Mənim komandamda mənim millətimin oyunçuları çıxış etməlidir. Eləcə də, Azərbaycan yığmasında”. R.Çətin ölkəmiz haqda da danışıb: “Azərbaycanın belə bir gözəl ölkə olduğunu bilmirdim. Türkiyəyə qayıtdıqdan sonra yaxınlarıma ölkəniz haqda danışacağam”. Sonda hər üç məşqçi Azərbaycanda işləməyə hazır olduqlarını bildirib. U.Tütünəkər “Dərhal imza ataram” söyləyib, T.Sofuoğlu isə “Əslində, Bakıya müqavilə bağlamağa gəlmişik” deyib.
Türkiyənin “Samanyolu” telekanalının idman müdiri Mehmet Şeyho məsələyə qlobal nöqteyi-nəzərdən yanaşıb. O, müasir dünyada futbol sahəsi üzrə 300 milyard dollar vəsaitin dövriyyədə olduğunu söyləyib. BMT-nin 199, FİFA-nın isə 204 üzvü olduğunu xatırladan M.Şeyho dünyada dövriyyədə olan vəsaitin 1/5 hissəsinin futbol sektorunda olduğunu vurğulayıb: “Bu qədər vəsaitdən pay almaq üçün hər bir ölkə müxtəlif yollara baş vurur. Polşada, Almaniyada zəncilər yaşamır. Amma bu ölkələrin milli komandalarında qaradərili futbolçular çıxış edir. Bu cür addımların doğru və ya yanlış olduğu mübahisəli mövzudur. Amma 300 milyardlıq vəsaitdən pay almaq üçün mütləq müəyyən çalışmaları yerinə yetirmək lazımdır. Əks halda, heç bir şansınız yoxdur. “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş” klublarının çempionluqlarında əcnəbi məşqçilərin imzası olub. Məmləkəti, milləti sevmək mütləq lazımdır. Amma iqtisadi şərtləri də nəzərə almaq lazımdır. Əks halda, daim uduzan tərəf olarsınız”.
Türkiyə Superliqasının və yığma komandasının oyunlarının “Samanyolu”nda göstərilməməsini telekanalın idman müdiri hər iki yarışın yayın hüququnun baha qiymətə satılması ilə əlaqələndirib: “Superliqanın yayım hüququ “Digitürk Lig TV” telekanalına çox yüksək məbləğə satılıb. Bir matçın canlı yayını həmin telekanala təqribən 2 milyon dollara başa gəlir. Digər telekanallar Superliqanın hər oyunundan fraqmentlər göstərmək üçün “Lig TV”yə bir dəqiqəsinə 4 min dollar ödəməlidirlər. 9 oyundan ibarət bir turda hər oyundan 3 dəqiqəlik fraqment üçün, ümumilikdə, 108 min dollar ödəmək lazım gəlir. Bu, ayda 500 min, ildə isə 4 milyon dollar deməkdir”. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər
Ağdərədə mina partlayışı baş verib, xəsarət alan var
Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Batumidə işgüzar səfərdə olub
Rusiyada 5G rəsmi olaraq istifadəyə verilib
Rusiya qoşunları Ukraynadakı data mərkəzlərə zərbə endirib
Eşqi Bağırov: Sertifikasiyada 105 minə yaxın müəllim iştirak edib, 31 min müəllimin maaşı artırılacaq
Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq
“PAŞA Sığorta” Gürcüstana səyahət sığortasının qiymətini açıqlayıb
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
Parlamentdə Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş müzakirəyə çıxarılacaq
Agentlik sədri: Ali təhsilə hazırlıq təmin edilən məktəblərin sayı 90-a çatdırılıb
Gələn aydan bağça müəllimlərinin sertifikasiyasına başlanılacaq
Dövlət bağçalarında yer sayı artırılıb
Rusiya HHM sistemləri Ukraynanın 800-ə yaxın dronunu vurub
Milli Məclis Azərbaycanla Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni ratifikasiya edəcək
ABB “Davr-Bank”la sövdələşməni tamamlayıb
"S&P" ABB-nin nəzarətinə keçməsi ilə “Davr-Bank”ın kredit reytinqini artırıb
Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub - FOTO
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Bu günün valyuta məzənnələri
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO
Rusiya ordusu gecə Kiyevə hücum edib, 8 nəfər yaralanıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 77 min dollardan aşağı düşüb
Əmtəə bazarlarında qızılın qiyməti 4400 dollardan aşağı düşüb
Qlobal fond bazarlarında eniş davam edib
Nyu-York birjasında təbii qaz cüzi ucuzlaşıb
Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
“Brent” markalı neftin qiyməti 108 dolları ötüb
“Anthropic”in süni intellekt modeli nəzarətdən çıxıb internetə sızaraq üçüncü tərəfin sistemini sındırıb
Vens amerikalıları bir qrup "dəli demokrat"a səs verməməyə çağırıb
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib