Bank Of Baku

UEFA Çempionlar liqasının final matçı üçün AFFA-ya 30 bilet ayırıb

UEFA Çempionlar liqasının final matçı üçün AFFA-ya 30 bilet ayırıb
# 06 aprel 2007 13:45 (UTC +04:00)
UEFA mayın 23-də Yunanıstanın paytaxtı Afinada Olimpiya stadionunda keçiriləcək Çempionlar Liqasının final oyunu üçün AFFA-ya 30 bilet ayırıb. “APA-Sport” agentliyinin məlumatına görə, biletlərin 20-si birinci, 10-u isə ikinci kateqoriyalıdır. Ən yaxşı sektorlara nəzərdə tutulan I kateqoriyalı biletlərin hər birinin qiyməti 200 avroya bərabərdir. İkinci kateqoriyalı bir biletin qiyməti isə 140 avrodur. AFFA Çempionlar Liqasının finalına baxmaq istəyənlərlə bağlı bir həftə ərzində UEFA-ya anket göndərməlidir.
Qeyd edək ki, AFFA-nın final matçı üçün maksimum 40 bilet əldə etmək imkanına malik olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR