Bank Of Baku

Ermənistan yığmasının kapitanı Sarkis Ovsepyan: “Əgər Portuqaliyaya qalib gəlib, Azərbaycana uduzsaq, bizi bağışlamayacaqlar”

Ermənistan yığmasının kapitanı Sarkis Ovsepyan: “Əgər Portuqaliyaya qalib gəlib, Azərbaycana uduzsaq, bizi bağışlamayacaqlar”
# 07 aprel 2007 08:32 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Ermənistanın futbol milli komandasının kapitanı Sarkis Ovsepyan bildirib. Yığmada rekord sayda, 86 oyun keçirən S.Ovsepyan bütün komandalarla görüşlərə çox yaxşı hazırlaşmalı olduqlarını vurğulayıb: “Siyasi vəziyyəti nəzərə aldıqda, Azərbaycan yığması ilə görüşlərin fərqli əhəmiyyəti var. Baxmayaraq ki, Portuqaliya kimi güclü rəqibi yenmək futbol nöqteyi-nəzərindən daha şərəflidir”. Ermənistanlı futbolçuların mübarizədən çəkindikləri fikirləri ilə razılaşmayan kapitan zəif oyunlarını komandada yüksək səviyyəli, ulduz oyunçuların olmaması ilə əlaqələndirib. Onun sözlərinə görə, beş oyunda cəmi altı top buraxmaları mübarizə aparmalarının nəticəsidir: “Biz mübarizə aparmasaydıq, Azərbaycan millisi kimi 0:5 hesabı ilə uduzardıq”. S. Ovsepyan yığmamızın Finlandiya üzərində qazandığı 1:0 hesablı qələbəni gözləmədiyini vurğulayıb. O, millimizin qələbəsini təsadüf adlandırıb: “Bu, təsadüfdür. Hətta Azərbaycanın özündə qələbə gözləmirdilər. Biz internet vasitəsilə xəbər tutduq ki, Finlandiya yığması bütün oyun boyu üstünlüyə malik olub və çoxsaylı qol imkanı yaradıb. Azərbaycan yığması isə nadir hücumlarından birini qolla tamamlayıb. Futbolda belə təsadüflər olur. Məsələn, bizim səfərdə Finlandiya ilə heç olmasa bərabərliyə qalmamağımız təsadüfdür. Həmçinin, öz meydanımızda Belçikaya uduzmağa haqqımız yox idi”. Yığmamızın Polşa ilə oyununun videoyazısına baxdıqlarını deyən müdafiəçi bir oyuna görə, Ermənistan millisi ilə Azərbaycan arasında müqayisə aparmağın mənasız olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan Ermənistan görüşlərində futbolçuların güc, texnika və fiziki hazırlıqlarındakı fərqlər rol oynamayacaq: “Hər şeyi komandaların mənəvi-psixoloji vəziyyətləri və görüşə döyüşkən ruhda köklənmələri həll edəcək. Kimin əsəbləri möhkəm, kim daha soyuqqanlı olsa, o da qələbə qazanacaq. Sərt oyun keçəcək və bu oyunda bizim “yanmamağımız” çox vacibdir”.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində eyni qrupda yer alan Azərbaycan və Ermənistan yığmaları arasındakı qarşılaşmalar sentyabrın 8-də və 12-də keçirilməlidir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR