Bank Of Baku

Rasim Kara: “Olimpik”lə oyunumuz çox çətin olacaq”

Rasim Kara: “Olimpik”lə oyunumuz çox çətin olacaq”
# 07 aprel 2007 08:59 (UTC +04:00)
“Hazırda “Olimpik” klubunun turnir cədvəlində tutduğu yer aldadıcıdır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Qaraba𔝠klubunun baş məşqçisi Rasim Kara bildirib. Türkiyəli mütəxəssis sabah qarşılaşacaqları “Olimpik” komandasının turnir cədvəlinin ortalarında yox, daha yuxarı pillələrdə qərarlaşmalı olduğunu qeyd edib: “Biz “Olimpik” ilə yoldaşlıq görüşündə qarşılaşmışıq. Bu komandanın çempionatında “Gənclərbirliyi” ilə oyununu da izləmişəm. Bu qarşılaşmalarda çox yaxşı təsir bağışlayıb. Güclü rəqiblə görüşəcəyimizdən görüş çətin olacaq. Ancaq bu matça yaxşı hazırlaşdığımızdan, qələbəyə inanıram. Hesab edirəm ki, bu görüşdə meydan amilinin təsiri olmayacaq. Çünki hər iki komanda ev oyunlarını Bakıda keçirir və “Olimpik” ilə qarşılaşacağımız “Şəfa” stadionu bizə yaxşı tanışdır. Fikrimcə, azarkeşlərin dəstəyi sayəsində maraqlı, baxımlı bir matç izləyəcəyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR