Bank Of Baku

Azərbaycan yığmasının müdafiəçisi Timur İsrafilov Ankarada cərrahiyyə əməliyyatı edilib

Azərbaycan yığmasının müdafiəçisi Timur İsrafilov Ankarada cərrahiyyə əməliyyatı edilib
# 07 aprel 2007 08:59 (UTC +04:00)
19 yaşlılardan ibarət Azərbaycan yığma komandasının Ağdamın “Qaraba𔝠klubunun müdafiəçisi Timur İsrafilov Türkiyədən bu gün qayıdacaq. Bu haqda “APA-Sport” agentliyinə “Qaraba𔝠klubunun baş məşqçisi Rasim Kara məlumat verib. R.Karanın sözlərinə görə, futbolçunun ayağında aparılan əməliyyat uğurla keçib: “Timuru əməliyyat edən həkimlə danışdım. Əməliyyat uğurlu olub və müdafiəçimizin tezliklə meydana qayıtmasında ciddi problem yoxdur. O, bazar ertəsindən məşqlərə başlayacaq. Əvvəlcə fərdi məşq edəcək İsrafilov bir həftədən sonra komandanın hazırlığında iştirak edə biləcək”.
Qeyd edək ki, 19 yaşlılardan ibarət yığma komandamızın ötən ay keçirilən hazırlıq prosesində iştirak edən T.İsrafilov dizində yaranan problemə görə, klubuna qayıtmalı olub. Yığmanı üzvü aprelin ilk günlərində Ankaraya Mehmet Binnətin yanına müayinəyə yollanaraq, onun klinikasında əməliyyat olunub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR