Bank Of Baku

Milli Məclisin deputatlardan ibarət futbol komandası ötəndəfəki məğlubiyyətin əvəzini çıxıb

Milli Məclisin deputatlardan ibarət futbol komandası ötəndəfəki məğlubiyyətin əvəzini çıxıb
# 09 aprel 2007 08:32 (UTC +04:00)
APA-nın əməkdaşı oyundan eksklüziv reportaj hazırlayıb. Xatırladaq ki, bu komandalar arasında bir neçə gün əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş ilk qarşılaşmada deputatların komandası 5:10 hesabı ilə məğlub olmuşdu. Oyun bu dəfə də ölkənin baş arenasında keçirilib. Qarşılaşma başlayan kimi, deputatlar irəli atılaraq Zahid Orucun qolu ilə hesabi açıblar. Birinci hissənin sonuna yaxın isə Səyavuş Novruzov cərimə zərbəsindən vurduğu qolla hesab arasında fərqi bir qədər də artırıb. Komandalar fasiləyə bu hesabla yollanıb. İkinci hissə başlayan kimi, Milli Məclis Aparatının əməkdaşları hesab arasındakı fərqi bir qədər azaldıblar. Bir qədər sonra isə onlar ikinci topu deputatların qapısından keçirərək, hesabı bərabərləşdiriblər. Bu topdan sonra deputatlar özlərini toplayaraq, yenidən aktiv oyun nümayiş etdirməyə başlayıblar. Az keçməyib ki, onların səyləri nəticəsini verib. Hücumların birində Qüdrət Həsənquliyev rəqib komandanın qapıçısı ilə təkbətək çıxaraq şansını qaçırmayıb. Lakin çox keçmədən rəqib komanda yenidən hesaba tarazlıq gətirib. Oyunda son nöqtəni isə Fuad Muradov qoyub. Beləliklə, deputatlar ötəndəfəki məğlubiyyətin əvəzini çıxaraq, 4:3 hesabi ilə qalib gəliblər. Bu oyunda deputatların qapıçısı Fazil Qəzənfəroğlu ilə müdafiəçi Ülvi Quliyev xüsusilə fərqlənib. Parlament Aparatının futbol komandasında isə İlham Həsənov, Adil Vəliyev və Emin İmanov fəallıqları ilə seçiliblər. Deputatların qapısından iki topu məhz E. İmanov keçirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR