Bank Of Baku

Azərbaycanın olimpiya yığmasına yeni futbolçular cəlb ediləcək

Azərbaycanın olimpiya yığmasına yeni futbolçular cəlb ediləcək
# 09 aprel 2007 10:03 (UTC +04:00)
Azərbaycanın olimpiya yığma komandası aprelin 19-dan 25-dək hazırlıq keçəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən baş məşqçi Şakir Qəribovun sözlərinə görə, komanda təlim-məşq toplanışı ərzində “Neapol” otelində məskunlaşacaq. Baş məşqçi toplanışa 22 futbolçunu cəlb edəcəyini bildirib: “Belarusa apardığım heyətdə dəyişiklər olacaq. Heyətə bir neçə yeni futbolçu dəvət edəcəm. Seçmə mərhələ oyunları başlayanadək, bütün futbolçuları sınamaq fikrində olduğumdan daha bir neçə yeni oyunçuya şans verəcəyəm. Olimpiya yığmasına namizəd olan Azərbaycan çempionatının birinci dəstəsində, hətta futzalda çıxış edən oyunçular var ki, onları yoxlamağı düşünürəm”. Ş.Qəribov hazırlıq prosesində iki yoxlama oyun keçirməyi planlaşdırdığını bildirərək, hələ ki rəqiblərin bəlli olmadığını vurğulayıb. Baş məşqçi rəqiblərin yüksək liqa klublarımızın olacağını söyləyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR