Bank Of Baku

İran yığması Azərbaycanla yoldaşlıq görüşündən imtina edib

İran yığması Azərbaycanla yoldaşlıq görüşündən imtina edib
# 09 aprel 2007 10:49 (UTC +04:00)
Gürcüstan və İranın olimpiya yığmaları Azərbaycanın olimpiya milli komandası ilə yoldaşlıq görüşü keçirmək təklifini qəbul etməyib. Bu haqda “APA-Sport” agentliyinə olimpiya yığma komandamızın baş məşqçisi Şakir Qəribov məlumat verib. Ş.Qəribov bu ölkələrə edilən rəsmi müraciətlərə müsbət cavab almadıqlarını vurğulayıb: “Aprelin 19-dan 25-dək çempionatımızda fasilə olduğundan yoldaşlıq görüşü keçirmək istədik. Hər halda, futbolçuları tez-tez yığaraq, hazırlıq durumları ilə tanış olmaq, sınaq matçları keçirmək vacibdir. Bu məqsədlə müraciət etdiyimiz Gürcüstan və ya İran yığması ilə oyun keçirmək fikrində idik. Bu ölkələr də oyun keçirmək istəyirdilər. Sadəcə, Gürcüstanla İran bu təklifin onlar üçün gözlənilməz olduğunu və çempionatlarında olan sıx təqvimə dəyişiklik edə bilmədiklərini bizə bildiriblər”. Ş.Qəribov martın 27-də Belarus yığması ilə olduğu kimi, apreldə də yoldaşlıq görüşünü səfərdə keçirmək istədiklərini qeyd edib. Baş məşqçi bunu iyunda start götürəcək 2009-cu il Avropa çempionatının seçmə mərhələ oyunlarında ilk görüşü rəqib meydanında keçirmələri ilə əlaqələndirib: “İlk oyunumuzu səfərdə Yunanıstan yığmasına qarşı keçirəcəyik. Belə olan halda, səfərdəki taktikanı, oyun modelini yoxlamaq istəyirdik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR