Bank Of Baku

AFFA-nın Hakimlər Komitəsinin sədri Əli Hüseynov: “Rövşən Əhmədov cəzalandırılacaq”

AFFA-nın Hakimlər Komitəsinin sədri Əli Hüseynov: “Rövşən Əhmədov cəzalandırılacaq”
# 09 aprel 2007 11:44 (UTC +04:00)
AFFA-nın Hakimlər Komitəsi (HK) Rövşən Əhmədovu cəzalandıracaq. Bu haqda “APA-Sport” agentliyinə HK sədri Əli Hüseynov məlumat verib. Ə.Hüseynov bu gün keçirilən görüşdən sonra belə qənaətə gəldiklərini bildirib: “Rövşən Əhmədovun idarə etdiyi “Qaraba𔝠“Bakı” görüşünü bu gün başqa çəkilişdən izləyərək, meydan sahiblərinin narazı olduğu epizodlara birgə baxdıq. “Qaraba𔝠klubunun çalışdırıcısı Rasim Karanın köməkçisi Tayfun Gürsəl baş hakimin qapılarına təyin etdiyi penaltinin düzgün olması ilə razılaşdı. Yəni, həmin epizodun yaxınlığında Rövşən qəbul etdiyi qərar doğrudur. Ancaq baş hakim birinci hissədə “Qaraba𔝠klubunun hücumçusu Vaqif Cavadovun qapıçı ilə təkbətək çıxmasının qarşısını qayda pozuntusu ilə alan “Bakı” komandasının müdafiəçisi Rafael Əmirbəyova sarı yox, qırmızı vərəqə göstərməli idi. Əhmədovun bu səhvi onun cəzalandırılmasını gündəmə gətirir. Ancaq bunun üçün HK üzvlərinin bir araya gəlib iclas keçirməsi zəruridir”. Ə.Hüseynov iclasın sabah keçiriləcəyini istisna etməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR