Bank Of Baku

Ağasəlim Mircavadov: “Turnir cədvəlində liderliyə yüksəlməyimizdən çox məmnun oldum”

Ağasəlim Mircavadov: “Turnir cədvəlində liderliyə yüksəlməyimizdən çox məmnun oldum”
# 09 aprel 2007 14:42 (UTC +04:00)
“İkinci dövrədə xeyli xal itirdiyimizdən, turnir cədvəlində liderliyə yüksəlməyimizdən çox məmnun oldum”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov bildirib. A.Mircavadov hesabat turunda “Karvan” klubu ilə görüşün hər bir çempionatın bəzəyi ola biləcəyini vurğulayıb: “Həddən artıq gözəl oyun oldu. Stadiona toplaşan 11 min azarkeş hər iki komandanın ifasında baxımlı futbolun şahidi oldu. Söhbət əsl futboldan gedir. Qələbə qazanıb yenidən lider olsaq da, iş bununla bitmir. Əsas məsələ liderliyi qoruyub saxlamaqdadır. Üstəlik, ən yaxın izləyicimiz olan “Neftçi” ilə xal fərqimiz minimumdur. Buna görə, görüləsi işlər çoxdur və qəti arxayınlaşmaq olmaz”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR