Bank Of Baku

Azərbaycan və Ermənistan milli komandaları arasında oyunların yeri sabah müəyyənləşə bilər

Azərbaycan və Ermənistan milli komandaları arasında oyunların yeri sabah müəyyənləşə bilər
# 10 aprel 2007 11:49 (UTC +04:00)
AFFA prezidenti Ramiz Mirzəyevlə baş katib Fuad Əsədov İsveçrəyə yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, AFFA rəhbərləri səfər çərçivəsində UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında Ermənistan Futbol Federasiyasının başçıları ilə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan - Ermənistan oyunlarının keçirilmə yeri barədə danışıqlar aparacaqlar. Bu mübahisəli məsələ ilə bağlı müzakirələrdə ilk dəfə UEFA prezidenti Mişel Platini də iştirak edəcək. Nyondakı görüşdə Azərbaycan Ermənistan oyunlarının keçiriləcəyi yerin razılaşdırılacağı istisna deyil. Yekun qərar aprelin 18-də Uelsin paytaxtı Kardiffdə keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasında qəbul olunacaq.
Qeyd edək ki, AFFA Azərbaycan və Ermənistan arasındakı matçların neytral meydanda oynanılmasını təklif edib. Ermənistan Futbol Federasiyasının rəhbərliyi isə qarşılaşmaların Bakıda və İrəvanda oynanılmasına tərəfdardır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR