Bank Of Baku

Portuqaliya Futbol Federasiyasının nümayəndələri Bakıya gələcəklər

Portuqaliya Futbol Federasiyasının nümayəndələri Bakıya gələcəklər
# 10 aprel 2007 13:38 (UTC +04:00)
Portuqaliya Futbol Federasiyası bu gün AFFA-ya faks göndərib. Bu barədə “APA-Sport” agentliyinə AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib. B.Əsgərovun sözlərinə görə, faksda Portuqaliya futbol qurumu rəsmilərinin Bakıya səfər tarixi göstərilib: “Aprelin 17-də Portuqaliya Futbol Federasiyasının nümayəndələri Bakıya gələcəklər. Onlar milli komandamızla Avropa çempionatının seçmə mərhələsində keçiriləcək oyun zamanı məskunlaşmaq üçün paytaxtımızda otel axtaracaqlar. Biz onlara bütün otelləri təklif etmişik”.
Qeyd edək ki, Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan və Portuqaliya arasındakı matç bu il oktyabrın 13-də oynanılacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR