Bank Of Baku

AFFA beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədovu iki oyunluq diskvalifikasiya edib

AFFA beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədovu iki oyunluq diskvalifikasiya edib
# 10 aprel 2007 14:56 (UTC +04:00)
AFFA-nın Hakim-İnspektorlar Komitəsi (HİK) bu gün keçirilən iclasında üç hakim-inspektoru cəzalandırıb. “APA-Sport” agentliyinin məlumatına görə, XV çempionatının XX turunda keçirilən “Qaraba𔝠“Bakı” oyununun hakim-inspektoru olan Murad Məmmədov hakimlər tərəfindən yol verilən səhvləri nəzərə almayaraq, əsassız yüksək qiymət yazdığı üçün iki tur oyunlardan kənarlaşdırılıb. Beynəlxalq dərəcəli hakim-inspektor olan M.Məmmədov “Qaraba𔝠“Bakı” görüşünün baş hakimi Rövşən Əhmədovun idarəçiliyinə 8,3 bal vermişdi. HİK hesabat turunda “Gilan” “Simurq” görüşünün hakim-inspektoru Əliisgəndər Nağıbəyovu və XX turda “Gilan” “Neftçi” oyununda AFFA nümayəndəsi olan Rauf Hüseynlini matç başa çatdıqdan sonra düzgün məlumat vermədiyinə görə, hər ikisini 4 tur oyunlardan kənarlaşdırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR