Gökmən Özdəmir: “Ərəblər “Qalatasaray” klubunun maddi sıxıntısından istifadə edib, öz şərtlərini diktə etmək istəyirlər”
- “Qalatasaray” klubundan yazan şərhçi kimi, bu komandadakı vəziyyəti necə qiymətləndirirsiniz?
- Türkiyədə bir sistem var və bu sistemə riayət edən komandalar həmişə müvəffəqiyyət qazanır. Futbol Federasiyası ilə münasibətlərini yaxşı quran klub bu sistemin parçası olur. 2000-2001, 2003-2004-cü illərdə “Fənərbaxça”, ötən il “Qalatasaray” bu sistemdən ustalıqla istifadə edib çempion oldusa, bu il də “Beşiktaş” klubunun eyni yolla getdiyini görürük. Hər kəs bu sistemin bir parçası olduğuna görə, klubların nə iş görəcəyini hamı çox yaxşı bilir. Buna görə də, hamı çığır-bağır salıb sistemin işləməsinə mane olmağa çalışır. Ancaq nəticəni əngəlləməyə heç kimin gücü çatmır. Superliqanın son 7 həftəsinə baxanda “Beşiktaş” və “Fənərbaxça” klublarının çempionluq mübarizəsinin şahidi oluruq. Mən burada “Beşiktaş”a daha çox üstünlük verirəm. Çünki arxasındakı lobbi də güclüdür, oynayacaqları oyunlar daha asandır.
- Yəni hər şeyin sistemə bağlı olduğunu deyirsiniz...
- Bu, əslində leqal bir sistemdir.
- “Qalatasaray”ın ən obyektiv şərhçilərindən birisiniz. Ötən mövsümdə oyunçuların “Qalatasaray”ı çempion etdiyini yazmışdınız. Burada klub rəhbərlərinin və texniki heyətin rolu nə qədərdir?
- “Qalatasaray”da futbolçuların keçmişdən gələn qalib gəlmə vərdişləri var. Bunlar uzun müddətdən bəri müvəffəqiyyət qazana bilmirdilər. Keçən il uğur əldə etmək üçün özlərini hər cəhətdən hazırladılar. Bu mövsümdə isə oyunçuların inanılmaz dərəcədə “doyduqlarını” görürük. Qalib gəlib-gəlməmələrinin onlar üçün fərqi yoxdur.
- Bəs, klub rəhbərləri üçün necə, fərqi varmı?
- Klub pis idarə edilir. Hətta komandada idarəsizlik var. Əvvəlcə futbolçulara yaxşı şərait hazırlanmalı və onlar meydançada güclü olduqlarını hiss etməlidirlər. Komanda bundan sonra daha yaxşı oynayar. Bu mövsüm “Qalatasaray” üçün vaxtından əvvəl başa çatdı. Gələcək mövsüm üçün “Qalatasaray” klubunda böyük dəyişikliklər edilməsi gözlənilir. Ancaq indiki vəziyyətdə bu dəyişikliyi etmək üçün maddi imkan yoxdur.
- Əvəzedici komandadan istifadə edilərsə, vəziyyət necə olar?
- “Qalatasaray” əvəzedici komandasından ən çoxu 3 oyunçu ala bilər. Ancaq əvəzedici heyətdən aldığın oyunçularla böyük hədəflərə yaxınlaşmaq mümkün olmaz. Əgər klub azarkeşlərdən iki il möhlət istəyərsə, bəlkə də ondan sonra qarşıya qoyulan məqsədlərə çatmaq olar. Əks-təqdirdə gənclər də əldən gedə bilər.
- Maliyyə vəziyyətinin yaxşılaşmasına ümid varmı?
- Riva ərazisinin satılması gözlənilir. Ancaq hələ də qənaətbəxş təklif alınmayıb. Rivanın satılması bank borclarının ödənməsinə və yeni kreditlərin daha rahat alınmasına səbəb olacaq. Bu mövsümdə Çempionlar Liqasından “Qalatasaray”a 10,5 milyon avro gəldi. Yeni mövsümdə o da olmayacaq. Böyük maddi sıxıntı olacağını düşünürəm.
- Yeni stadionun təməlinin yaxın vaxtlarda qoyulacağı deyilir...
- İyuldan əvvəl yeni stadionun təməli qoyula bilməz. “First Gulf Bank” adlı bir ərəb bankı ilə Rivanın satışına dair müzakirələr aparılır. Bu bank 40, 50 və 50 milyon dollarlıq 3 təminat məktubu versə də (140 milyon dollar), son təminat məktubunda bir problem var. İndi onu həll etməyə çalışırlar. Ərəblər “Qalatasaray”ın maddi sıxıntısından istifadə edib, öz şərtlərini diktə etmək istəyirlər.
- “Qalatasaray” yaxşı idarə edilmədiyindən bəhs edirsiniz. Bu vəziyyətdə vaxtından əvvəl Konqres keçirilə bilər?
- Vaxtından əvvəl Konqres keçirib klubun yeni rəhbərliyini seçmək lazımdır. Ancaq güclü namizəd çıxmadığına görə vaxtından əvvəl Konqres keçirilmir. 2008-ci ilin martında Ali Dürüst, Hayri Kozak kimi güclü namizədlər çıxarlarsa, seçilə bilərlər. Əks-təqdirdə yenə Özhan Canaydın klubun prezidenti olacaq. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir
Nigar Arpadarai: Bakıda keçirilən iqlim konfransı UNFCCC-nin rəsmi regional platforması kimi qəbul edilib
Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu ilə bu il 53 min sərnişin səfər edib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə azad edilmiş ərazilərə səfər edib
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
Azərbaycanda bu il sənaye istehsalı 45 mlrd. manata yaxınlaşıb
6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır
Xarici diplomatlar Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində tikinti işləri ilə tanış olublar - VİDEO - FOTO
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
“Koroğlu” metrostansiyası qarşısında ekspres avtobusların hərəkətinin təşkilində dəyişiklik edilib - FOTO
"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər
Ağdərədə mina partlayışı baş verib, xəsarət alan var
Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Batumidə işgüzar səfərdə olub
Rusiyada 5G rəsmi olaraq istifadəyə verilib
Rusiya qoşunları Ukraynadakı data mərkəzlərə zərbə endirib
Eşqi Bağırov: Sertifikasiyada 105 minə yaxın müəllim iştirak edib, 31 min müəllimin maaşı artırılacaq
Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq
“PAŞA Sığorta” Gürcüstana səyahət sığortasının qiymətini açıqlayıb
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
Parlamentdə Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş müzakirəyə çıxarılacaq
Agentlik sədri: Ali təhsilə hazırlıq təmin edilən məktəblərin sayı 90-a çatdırılıb
Gələn aydan bağça müəllimlərinin sertifikasiyasına başlanılacaq
Dövlət bağçalarında yer sayı artırılıb
Rusiya HHM sistemləri Ukraynanın 800-ə yaxın dronunu vurub
Milli Məclis Azərbaycanla Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni ratifikasiya edəcək
ABB “Davr-Bank”la sövdələşməni tamamlayıb
"S&P" ABB-nin nəzarətinə keçməsi ilə “Davr-Bank”ın kredit reytinqini artırıb
Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub - FOTO
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Bu günün valyuta məzənnələri
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO
Rusiya ordusu gecə Kiyevə hücum edib, 8 nəfər yaralanıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 77 min dollardan aşağı düşüb
Əmtəə bazarlarında qızılın qiyməti 4400 dollardan aşağı düşüb
Qlobal fond bazarlarında eniş davam edib
Nyu-York birjasında təbii qaz cüzi ucuzlaşıb
Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
“Brent” markalı neftin qiyməti 108 dolları ötüb
“Anthropic”in süni intellekt modeli nəzarətdən çıxıb internetə sızaraq üçüncü tərəfin sistemini sındırıb
Vens amerikalıları bir qrup "dəli demokrat"a səs verməməyə çağırıb
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib