Bank Of Baku

Kamal Quliyev: “Mənə verilən cəzanı çəkməyə hazıram”

Kamal Quliyev: “Mənə verilən cəzanı çəkməyə hazıram”
# 11 aprel 2007 09:18 (UTC +04:00)
“Mənə verilən cəzanı çəkməyə hazıram”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Yevlaxın “Karvan” klubunun yarımmüdafiəçisi Kamal Quliyev bildirib. 31 yaşlı futbolçu hesabat turunda “Xəzər-Lənkəran” ilə səfər oyununun 69-cu dəqiqəsində qırmızı vərəqə alaraq, komandasını çətin vəziyyətdə qoymasından təəssüfləndiyini: “Komandamı çətin vəziyyətdə qoyduğum üçün çox pis oldum. Əslində, həmin epizodda baş hakim ədalətli qərar çıxarmasa da, bu, sonda heç nəyi dəyişmir. Sonda elə alınır ki, günahkar mən oluram. Eybi yoxdur, cəzamı çəkərəm. Mənə ən pis təsir edən qarşıdakı oyunlarda komandama kömək edə bilməməyimdir. Qarşıdakı turda keçmiş komandam “Neftçi” ilə oyunun iştirakçısı olmayacağıma görə, özümü bağışlaya bilmirəm”.
Qeyd edək ki, AFFA Nizam-İntizam Komitəsi (NİK) K.Quliyevə iki oyunluq cəza verdiyindən, futbolçu Yevlaxda təkcə “Neftçi” ilə yox, bundan sonrakı turda “Gilan” klubu ilə oyunu da buraxmalı olacaq. “Karvan” NİK-in qərarına görə klubu 2000 manat ziyana salan K.Quliyevin cəriməni ödəməli olmasını qeyd edib ki, futbolçu bunda problem görməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR