Bank Of Baku

“Media kuboku -2007” turnirinin açılış mərasimi keçirilib

“Media kuboku -2007” turnirinin açılış mərasimi keçirilib
# 11 aprel 2007 14:17 (UTC +04:00)
Bu gün “Şərq” qəzetinin təşkilatçılığı ilə mərhum prezident Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə KİV komandaları arasında “Media kuboku -2007” turnirinin açılış mərasimi keçirilib. Bu haqda “APA-Sport” agentliyinə təşkilat komitəsinin sədri Akif Aşırlı məlumat verib. A.Aşırlının sözlərinə görə, açılış mərasimi Fəxri Xiyabanda Heydər Əliyevin və milli mətbuatın banisi Həsənbəy Zərdabinin məzarını ziyarətlə başlayıb. Rəsmi hissədə Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icraçı katibi Əli Əhmədov, Prezident Aparatı ictimai-siyasi şöbənin sektor müdiri Vüqar Əliyev, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov, digər millət vəkilləri, qəzet redaktorları, ictimaiyyət nümayəndələri və ictimai təşkilatların rəhbərləri iştirak ediblər: “Əli Əhmədov, Abel Məhərrəmov və mən çıxış edərək, turnirlə bağlı fikirlərimizi bildirdik. Turnirimizin baş sponsoru “Bakcell” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Əfəndiyev tədbirimizdə fəal iştirak edən tələbələr üçün 500 ədəd müxtəlif hədiyyə hazırladıqlarını söylədi. Həmin hədiyyələr tələbələrə paylandı”.
Rəsmi hissədən sonra turnirin ilk oyunu keçirilib. Həmin görüşdə “Şərq -525-ci qəzet” “Yeni Azərbaycan” komandasını 3:1 hesabı ilə məğlub edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR